Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və stadion bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“Qalatasaray” və “Beşiktaş” arasındakı oyun Atatürk Olimpiya stadionunda baş tutacaq. Avqustun 3-də keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” son Türkiyə çempionatının, “Beşiktaş” isə kubokunun qalibi olub.
İdman.biz