“Araz-Naxçıvan” Super Liqa təmsilçisi ilə qarşılaşacaq

Xəbərlər
12 İyul 2024 10:39
176
“Araz-Naxçıvan” Super Liqa təmsilçisi ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan”ın yoxlama oyununda ilk rəqibi dəqiqləşib.

Klubdan İdman.bizə verilən məlumata görə, Elmar Baxşıyevin komandası Ərzurumda iyulun 16-da meydana çıxacaq.

“Qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Komanda toplanış çərçivəsində daha 2 oyun keçirəcək.

İdman.biz

Məqalədə: