Ramil Şeydayev Azərbaycana qayıdır – tezliklə rəsmiləşəcək

Xəbərlər
12 İyul 2024 11:11
264
Ramil Şeydayev Azərbaycana qayıdır – tezliklə rəsmiləşəcək

Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

İdman.biz xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, 28 yaşlı forvard “Neftçi”nin diqqət mərkəzindədir. Əgər hansısa qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, millinin futbolçusu ötən mövsüm Türkiyə təmsilçisinə transfer olunub. Ramil “Kocaelispor” forması ilə meydana çıxdığı 16 oyunda 1 qolla yadda qalıb.

İdman.biz