Aysun Seydiyeva: “Macarlarla matçda yeni tarix yazacağımıza inanıram”

Müsahibə
12 İyul 2024 13:53
543
Aysun Seydiyeva: “Macarlarla matçda yeni tarix yazacağımıza inanıram”

“Oyunun çox çətin olacağını düşünürəm. Orta mövqedə itkilərimiz var. Fikrimcə, bu, bir balaca oyuna təsir göstərəcək”.

Bunu İdman.bizə Azərbaycan millisinin futbolçusu Aysun Seydiyeva deyib.

Avropa çempionatının seçmə mərhələsində Macarıstanla oyunu əməliyyat olunduğu üçün buraxacaq yığma üzvü komandasının şanslarını dəyərləndirib. O bildirib ki, toplanışa qatılmasa da, milli ilə birgədir: “Qızların məşqini izləməyə getmişdim. Hamı çox motivasıyalı və inanclı görünürdü. Futbolçularımız çox yaxşı formadadır. Macarlardan xal almağı bacaracağımıza, yeni tarix yazacağımıza inanıram. Oyundan gözləntim 1:0 hesablı qələbə və ya ən azından bərabərlikdir”.

Seydiyeva toplanışdan məcburi kənarda qalmasının səbəbini də açıqlayıb: “Əməliyyat gözlənilmədən oldu. Zədəm yoxdur, bəzi problemlər var idi. Amma bu gün meydana çıxmasam da, tribunada millimizə dəstək olacam. Düşünürəm ki, yoxluğum görünsə də, komanda yoldaşlarım bunu hiss etdirməyəcəklər”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan matçı bu gün saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

İdman.biz

Məqalədə: