“Milan”ın hədəfi

Xəbərlər
12 İyul 2024 17:56
136
“Milan”ın hədəfi

“Milan”ın heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub.

İdman.biz xəbər verir ki, İtaliya klubu Serbiya millisinin futbolçusu Straxinya Pavloviçin xidmətində maraqlıdır.

Milanlılar “Zalsburq”un 23 yaşlı müdafiəçisini bu yay heyətinə qatmaq istəyir. Onun transferinin 20 milyon avrodan baha başa gələcəyi gözlənilir. Serbiyalıya illik 1,5 milyon avro maaş təklif olunub.

Qeyd edək ki, Pavloviç 2022-ci ilin yayından “Zalsburq”da forma geyinir.

İdman.biz

Məqalədə: