AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İdman.biz xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinat müzakirə olunub.
Yekunda Vitali Borisov yenidən millinin baş məşqçisi vəzifəsinə təsdiqlənib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, uzun müddət millinin formasını geyinən Borisov 2023-cü ilin iyulundan 2024-cü il mayın sonuna qədər əsas komandanın baş məşqçisi olub.
İdman.biz