Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Türkiyə karyerası başa çatıb.
İdman.biz xəbər verir ki, “Kocaelispor”la müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən hücumçi 1-ci liqa təmsilçisində yarım mövsüm keçirib.
Forvard bu müddətdə yalnız çempionat oyunlarında iştirak edib. Ramil 16 görüşdə şans qazanıb.
9 dəfə start heyətdə yer alan hücumçu bu matçların yalnız ikisini əvəzoluinmadan keçirib. 7 dəfə əvəzlənən forvard eyni sayda qarşılaşmada sonradan meydana çıxıb.
Şeydayev “Kocaelispor”da 828 dəqiqə oynayıb. O, bu müddətdə yalnız 1 qol vura bilib. Təmsilçimiz üç sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Ramil karyerasında ikinci dəfə Türkiyədə legioner həyatı yaşayıb. O, 2016/17 mövsümündə “Trabzonspor”da da yarım il keçirib.
Vüqar Xeyrullayev
İdman.biz