Qismət Alıyev: “Şerif”i analiz edəndə görürdük ki...” - MÜSAHİBƏ

Müsahibə
13 İyul 2024 10:00
906
Qismət Alıyev: “Şerif”i analiz edəndə görürdük ki...” - MÜSAHİBƏ

"Zirə"nin kapitanı Qismət Alıyevin İdman.biz saytına müsahibəsi

- Avropa Liqasının I təsnifat mərhələsində "Şerif" üzərində 1:0 hesabı ilə qələbə qazandığınız ilk oyunu necə dəyərləndirirsiz?

- Bilirdik ki, bizi Moldovada çətin oyun gözləyir. "Şerif" Avropada yetərincə təcrübəyə malik olan komandadır. Oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən bizə çox çətin olsa da sonradan oyunumuzu tapdıq. Ən azından 1 qol vurub önə keçdik. İlk qarşılaşmada ən azından rəqibi tanımağa çalışdıq. 2-ci oyun bəlkə də bizim üçün daha rahat keçə bilər.

- Bu qələbədən sonra şansları necə şərh edərdiz?

- Bəlkə də cüzi öndə ola bilərik. Amma "Şerif"i analiz edən vaxt görürdük ki, matçın taleyini dəyişə biləcək kifayət qədər futbolçuları var. Düşünürəm ki, cuzi üstünlüyümüz olsa belə şanslar 50-nin 50-yədir.

- Bəs öz oyununu bəyəndin?

- Qarşıdakı oyunlarda bundan da artığını etməyə çalışacağam. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

- İkinci matç üçün planlar necə olacaq? Penalti zərbələrinə hazırlaşacaqsız?

- 11 metrlik cərimə zərbələri üzərində işləməmişik. Komandada heç təlim-məşq toplanışı vaxtı da buna hazırlıq olmayıb. Fikrimiz ancaq oyunda idi. Yaxın günlərdə məşqçilərimizin tapşırıqları ilə 2-ci matça hazırlaşacağıq.

Emin Ağa
İdman.biz