Aleksandra Sarvaş: “Azərbaycanla oyundan sonra irəli baxmalıyıq”

Xəbərlər
13 İyul 2024 10:16
180
Aleksandra Sarvaş: “Azərbaycanla oyundan sonra irəli baxmalıyıq”

“Ümumilikdə yaxşı oyun keçirdik. Taktiki olaraq matça nəzarət edən tərəf biz idik”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Sarvaş deyib.

O, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan üzərindəki 5:0 hesablı qələbəni şərh edib. Sarvaş bildirib ki, ilk oyunda xal itkisini sığortalaya biliblər:“Azərbaycana qarşı ilk matçda da çox şanslarımız olmuşdu. Həmin görüş 1:1 hesablı bərabərliklə bitdi. Amma bu dəfə hücumlarımızı qolla tamamlaya bildik. Qarşılaşmada hamı əlindən gələni əsirgəmədi, əvəzlənən futbolçular da əla çıxış etdi. Hər matçda meydana bu cür istəklə çıxmalıyıq. Görüş yaxşı keçdi, amma indi biz irəliyə baxırıq və bütün fikrimizi Türkiyə ilə son matça cəmləyəcəyik”.

Qeyd edək ki, Azərbaycan yığması qrupda son oyununu iyulun 16-da Lozannada İsveçrə yığmasına qarşı keçirəcək.

İdman.biz