İspaniyalı futbolçu: “Bakı klubuna gələndə komandadan çox ailə gördüm”

Xəbərlər
13 İyul 2024 16:21
436
İspaniyalı futbolçu: “Bakı klubuna gələndə komandadan çox ailə gördüm”

“Bu mövsüm üçün əsas məqsədim mümkün qədər inkişaf etməkdir”.

Bunu İdman.bizə “Səbail”in yeni transferi Qorka Laruçça deyib.

31 yaşlı dayaq yarımmüdafiəçisi paytaxt klubuna gəlişindən danışıb. İspaniyalı bildirib ki, bu seçimi etdiyi üçün şaddır: “Düzünü desəm, keçid çox asan və sürətli baş tuttu. Dostlarım şəhər və klub haqqında müsbət danışdığı üçün “Səbail”in təklifini eşidən kimi qəbul etdim. Həm klub, həm də oyunçular tərəfindən gözəl qarşılandım, buna görə çox minnətdaram. Düşünürəm ki, komandaya uyğunlaşmaq asan olacaq, çünki mən gələndə komandadan çox ailə gördüm”.

Qeyd edək ki, “Səbail” Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.

Emin Ağa
İdman.biz

Məqalədə: