AVRO-2024: Paytaxt sakinləri qalibin adını açıqlayıblar - SORĞU - VİDEO

Xəbərlər
14 İyul 2024 10:16
763
AVRO-2024: Paytaxt sakinləri qalibin adını açıqlayıblar - SORĞU - VİDEO

Bu gün AVRO-2024-ün final oyunu baş tutacaq. Berlində Olimpiya Stadionunda keçiriləcək matçda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.

İdman.biz Almaniyada keçiriləcək həlledici oyunla bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Paytaxt sakinləri görüşlə bağlı gözləntilərini bölüşüblər. Respondentlərin əksəriyyəti İspaniya millisinin Avropa çempionu olacağını proqnozlaşdırıblar.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz