Amerika kubokunun final görüşü Argentinanın Kolumboyanı 1:0 hesabı ilə məğlub edərək çempion olması ilə yanaşı, Lionel Messinin göz yaşları ilə də yadda qaldı.
İdman.biz xəbər verir ki, Argentinalı ulduz 66-cı dəqiqədə meydanı göz yaşları ilə tərk edib.
Əvəzetməyə səbəb Messinin zədəsi olub. Kapitan qrup mərhələsinin son matçında, Perunu 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada zədələnib. Bu görüş zamanı Leonun topuğunda şişkinlik əmələ gəlib.
Qeyd edək ki, Lionel 2-ci dəfə Amerika kubokunun qalibi olub. Ulduz futbolçu müsahibəsində bunun onun üçün sonuncu Amerika kuboku turniri olduğunu elan edib.
İdman.biz