İspaniyadan REKORDLAR

Xəbərlər
15 İyul 2024 12:50
389
İspaniyadan REKORDLAR

AVRO-2024 Ispaniya millisinin rekordları ilə zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS pireneylilərin tarixi göstəriciləri və İngiltərə ilə final matçının digər məqamları ilə bağlı hesabat hazırlayıb.

İspaniya 4 dəfə Avropa çempionu olan ilk komandadır: 1964, 2008, 2012, 2024. İspaniya Almaniyanın rekordunu (3) geridə qoyub.

İspaniya eyni Avropa çempionatında 7 qələbə qazanan ilk komandadır.

İspaniya Fransadan sonra ikinci komandadır ki, AVRO-1980-dən sonrakı formatda keçirilən final mərhələsində bütün matçlarda qələbə qazanıb. Fransa AVRO-1984-də 5 oyunda qalib gəlib.

Braziliya DÇ-1970-də 6, Braziliya DÇ-2002-də 7, Qətər Asiya kuboku-2019-da 7 oyunun hamısında qalib gəlib.

İspaniya 2023/24 mövsümündə keçirdiyi rəsmi turnirlərin 13 matçının hamısında qələbə qazanıb: 6-sı seçmə mərhələ, 7-si final mərhələsi.

İspaniya eyni turnirdə 4 dünya çempionunu – İtaliya, Almaniya, Fransa və İngiltərəni məğlub edib.

İspaniya oynadığı son 4 finalda qalib gələn ilk Avropa komandasıdır. Bunadək AVRO-2008, DÇ-2010, AVRO-2012-də də pireneylilər finalda qələbə qazanıb.

İngiltərə Avropa çempionatlarında ardıcıl iki final uduzan ilk komandadır – AVRO-2020 və AVRO-2024.

İngiltərənin Avropa çempionatlarının final mərhələlərindəki 13 oyunluq məğlubiyyətsizliyi başa çatıb: 8 qələbə, 5 heç-heçə.

İspaniyanın 2008-16-cı illərdəki 14 matçlıq rekord seriyası təkrarlanmayıb.

Amma Qaret Sautqeyt baş məşqçi kimi 13 oyunluq məğlubiyyətsizliklə Avropa çempionatlarının final mərhələlərinin rekordçusu olub.

Sautqeyt Avropa çempionatlarında iki final uduzan yeganə baş məşqçidir.

İngiltərə Avropa çempionu olmadan bu turnirdə ən çox oyun keçirən komandadır – 45 matç. Belçika 26 oyunla ikincidir.

İngiltərə AVRO-2024-dəki 8 qolun hamısını sağ cinahdan vurub.

Luis de la Fuente üç yaş qrupu ilə Avropa çempionu olan ilk baş məşqçidir: 2015-ci ildə U-19, 2019-cu ildə U-21-də İspaniyanı zəfərə daşıyıb.

Onun rəhbərliyi altında Unay Simon və Mikel Merino U-19, U-21 və əsas yığma ilə Avropa çempionu olub.

İngiltərə bunadək Berlində keçirdiyi 6 oyunda uduzmamışdı: 4 qələbə, 2 heç-heçə. İngiltərənin uduzmadığı rekordçu şəhərlər Helsinki (8), Amsterdam və Sanderlenddir (hər ikisi 7).

AVRO-2024-ün finalında “Mançester Siti” daha çox – 4 futbolçu ilə təmsil olunub: üçü İngiltərə, biri İspaniya millisində.

Lük Sou Avropa çempionatlarında ikinci futbolçudur ki, turnirdə yalnız finalda start heyətdə yer alıb. AVRO-2000-də italiyalı Marko Delvekkio həlledici görüşdə peyda olub.

Şou 147 gündən sonra rəsmi matça start heyətində çıxıb.

İlk dəfə finalda hər iki komandanın start heyətində yaşı 20-dək olan futbolçu çıxıb. Lamin Yamal 17 yaş 1, Kobbi Mayny 19 yaş 86 günlüyündə şans qazanıb.

Yamal final oynayan ən gənc, Maynu isə 3-cü futbolçudur. İkinci isə portuqaliyalı Renato Sanşeşdir – 18 yaş 327 gün.

Lakin Yamal Avropa çempionatları tarixində həm 1/4, həm 1/2, həm finalda qol və ya assistə imza atan ilk futbolçudur.

Yamal bir turnirdəki assist sayında rekorda şərikdir. Yuqoslaviyalı Lyubinko Druloviç AVRO-2000, belçikalı Eden Azarla uelsli Aaron Remsi AVRO-2016, isveçrəli Stiven Zuber AVRO-2020-də 4 qolun ötürməsini verib.

Yamal finalda assistə edən ən gənc oyunçudur – 17 yaş 1 gün. Cud Bellinqem isə üçüncü olub – 21 yaş 15 gün. İkinci yerdə almaniyalı Bernd Şusterdir – 20 yaş 183 gün.

Xesus Navas (38 yaş 236 gün) ən yaşlı, Lamin Yamal (17 yaş 1 gün) ən gənc Avropa çempionu olub.

Navas millidə 4 titul qazanan ilk ispaniyalıdır: DÇ-2010, AVRO-2012, Millətlər Liqası-2023, AVRO-2024.

Niko Uilyams finalda qol vuran ikinci ən gənc oyunçudur – 22 yaş 2 gün. Rekord italiyalı Pyetro Anastaziyə məxsusdur – 20 yaş 64 gün.

Mikel Oyarzabal İspaniyanın heyətində finalda meydana sonradan çıxıb qol vuran 3-cü futbolçusu olub. Fernando Torres və Xuan Mata AVRO-2012-də fərqlənib. Heç bir yığma belə göstəriciyə imza atmayıb.

Alvaro Morata Avropa çempionatlarının final mərhələlərində ən çox oyun keçirən ispaniyalı olub – 17 matç. O, Andres İnyesta, Sesk Fabreqas və Jordi Albanı (hamısı 16) keçib.

AVRO-2024-ün ən yaxşı futbolçusu seçilən Rodri 2023-cü ilin əvvəlindən indiyədək 8 titul qazanıb: “Mançester Siti” ilə 2 dəfə İngiltərə çempionu, İngiltərə kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, klublararası dünya çempionluğu, İspaniya yığması ilə Millətlər Liqası və Avropa çempionatı.

Rodri son 2 mövsümdə ən çox titul qazanan futbolçudur.

İngiltərənin 7 futbolçusu ardıcıl iikinci finalda uduzub: Cordan Pikford, Kayl Uoker, Con Stouns, Lük Şou, Deklan Rays, Bukayo Saka, Harri Keyn.

İndiyədək 406 qol vuran Harri Keyn hələ titul qazanmayıb.

35 yaş 81 günlük Fransua Leteksye finalın ən gənc hakimi olub. O, isveçli Anders Friskin AVRO-2000-dəki rekordunu keçib – 37 yaş 135 gün.

İdman.biz

Məqalədə: