“Arsenal”dan “Sevilya”ya

Xəbərlər
15 İyul 2024 15:36
259
“Arsenal”dan “Sevilya”ya

“Arsenal” futbolçusu Albert-Mboyo Lokonqanı icarəyə verib.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Sevilya”da davam etdirəcək.

O, mövsümün sonunadək İspaniya klubunda forma geyinəcək. Sevilyanın eyniadlı klubu onu sonradan 12 milyon avroya almaq hüququna da sahibdir.

Qeyd edək ki, ötən mövsüm “Luton”da icarədə olan futbolçu 19 matçda 1 qol və 3 assistə imza atıb.

İdman.biz

Məqalədə: