Hakimlərin yeni mövsümə hazırlığı - FOTO

Xəbərlər
15 İyul 2024 16:55
144
Hakimlərin yeni mövsümə hazırlığı - FOTO

Elit kateqoriyalı hakimlər yeni mövsümün hazırlıqlarınaı davam etdirirlər.

İdman.biz xəbər verir ki, onların fiziki hazırlıq məşqləri iyulun 8-dən həftədə 4 dəfə olmaqla cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin meydançasında keçirilir.

Hazırkı mərhələdə məşqlər ümumi funksional səviyyənin artırılmasına, dözümlülüyün bərpa olunmasına və hakimlərə xas olan spesifik hərəkətlərə yönəlib. Məşqlərə Hakimlər Departamentinin fitnes məşqçisi Namiq Quliyev və Hakimlər Departamentinin köməkçi fitnes məşqçisi Rüstəm Rüstəmli rəhbərlik edirlər.

İdman.biz

Məqalədə: