AVRO-2024-dən sonra daha bir futbolçu milli karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, Cerdan Şakiri İsveçrə yığması ilə vidalaşıb.
Bunu “Bavariya” və “Liverpul”un sabiq yarımmüdafiəçisinin özü açıqlayıb. Hazırda “Çikaqo Fayr”da çıxış edən 33 yaşlı futbolçu bununla bağlı paylaşım edib.
Qeyd edək ki, o, millidəki 124 matçda 32 qola imza atıb. İsveçrəli ulduz həm dünya, həm Avropa çempionatlarında ən azı 5 qol vuran 7 oyunçudan biridir.
İdman.biz