DÇ-2026: Avropa və Amerika çempionları favorit sayılmır

Xəbərlər
15 İyul 2024 18:26
790
DÇ-2026: Avropa və Amerika çempionları favorit sayılmır

İspaniyanın Avropa, Argentinanın isə Amerika çempionu olmasından DÇ-2026-nın favoritləri açıqlanıb.

İdman.biz xəbər verir ki, ekspertlər Fransa yığmasını mundialı qazanmağa əsas namizəd sayırlar.

"Xoruzlar"ın çempion olmaq əmsalı 6,5-ə bərabərdir. 2-ci pillədə yer alan Braziliya yığmasınən qələbə əmsalı 7,0, 3-cü pillədəki İngiltərənin isə 8,0 kimi göstərilib. İspaniya və Argentina 9,0 əmsalla növbəti yerləri tuturlar.

Qeyd edək ki, son dünya çempionatının qalibi Argentina olub.

İdman.biz