Azərbaycan yığmasının futbolçusu Mahir Emreli karyerasını "Qarabağ"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı yazıb.
Bildirilib ki, Emreli əcnəbi klublarla yanaşı, Azərbaycandan 2 klubla danışıqlar aparır. Zaqreb "Dinamo"sunun hazırlıq mərhələsindən kənarda qalan Mahirin seçim etdiyi də qeyd olunub. Onun əvvəllər formasını geyindiyi "Qarabağ"da oynamağa razı olduğu vurğulanıb.
Zaqreblilərlə 2026-cı ilin iyununa kimi müqaviləsi olan 27 yaşlı futbolçunun transfer məbləği barədə məlumat verilməyib.
Qeyd edək ki, Mahirlə maraqlanan digər Azərbaycan təmsiliçisi "Sabah" olub.
İdman.biz