Azərbaycan Premyer Liqasının püşkü atılıb - FOTO

Xəbərlər
16 İyul 2024 15:19
543
Azərbaycan Premyer Liqasının püşkü atılıb - FOTO

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Püşkatmada Premyer Liqanın 10 komandası iştirak edib. Mərasimdən sonra I turun cütləri dəqiqləşib.

I tur
"Araz-Naxçıvan" - "Qarabağ"
"Şamaxı" - "Sabah"
"Zirə" - "Səbail"
"Neftçi" - "Turan-Tovuz"
"Sumqayıt" - "Kəpəz"

Qeyd edək ki, çempionata avqustun 2-də start veriləcək.

Aytac Sahəd
İdman.biz