“Qarabağ” Avstriya toplanışında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Ağdam klubu Xorvatiya “Slaven”i ilə görüşüb.
Matçın taleyi ikinci hissədə həll olunub. Bir illik fasilədən sonra “Qarabağ”a qayıdan Musa Qurbanlı Belupo təmsilçisinin qapısına yol tapıb. Onun qolu Qurban Qurbanovun yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, bunadək “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı ilə (2:1) görüşən “Qarabağ” bu gün BƏƏ “Əl-Şəbəb”i ilə də görüşəcək.
İdman.biz