"Qarabağ"ın oyununda 7 qol

Xəbərlər
16 İyul 2024 20:48
878
"Qarabağ"ın oyununda 7 qol

“Qarabağ” Avstriya toplanışında son oyununu keçirib.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri BƏƏ-nin “Əl-Şəbəb” klubu ilə üz-üzə gəlib.

Bu, Ağdam təmsilçisinin gün ərzində ikinci, toplanış çərçivəsində dördüncü sınağı olub. “Qarabağ”ın son yoxlama oyununda böyükhesablı qələbə qazanıb. Qurban Qurbanovun komandası 5:2 hesabı ilə qalib gəlib.

Bundan əvvəl “Kayzerslautern”ə (1:3) uduzan "Qarabağ" Plzen “Viktoriya”sı ilə (2:1) "Slaven"ə (1:0) qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq.

Yoxlama oyunu
16 iyul
19:00. “Qarabağ” – “Əl-Şəbəb” (BƏƏ) - 5:2
Qollar:
Yassin Benzia, 33. Leandro Andrade, 45+2. Abdullah Zubir, 51; 53; 55
“Silberstadt Arena”

İdman.biz

Məqalədə: