Roman Qriqorçuk: “Ramilin “Neftçi”yə çox köməyi dəyəcək”

Müsahibə
16 İyul 2024 13:38
160
Roman Qriqorçuk: “Ramilin “Neftçi”yə çox köməyi dəyəcək”

“Ramil Şeydayevin keçidi komandamız üçün əla transferdir”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən ukraynalı mütəxəssis Ramil Şeydayevin transferinə münasibət bildirib: “Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

Qeyd edək ki, “Neftçi” bu gün Ramillə 3 illik müqavilə imzalayıb.

İdman.biz