Kilian Mbappe “Real”la müqavilə imzalayıb - FOTO - VİDEO

Xəbərlər
16 İyul 2024 14:18
240
Kilian Mbappe “Real”la müqavilə imzalayıb - FOTO - VİDEO

Bu gün fransalı hücumçu Kilian Mbappenin "Real"la müqavilə imzalama mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peresin də iştirak etdiyi mərasim “Santiaqo Bernabeu” stadionunda baş tutub.

Sonra Mbappe Kral Klubunun kubokları önündə 9 nömrəli köynəklə şəkil çəkdirib. Fransız forvardın təqdimat mərasimi tezliklə “Real”ın doğma stadionunda baş tutacaq.

İdman.biz