İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt postundan ayrılıb.
İdman.biz xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.
53 yaşlı mütəxəssis öz istəyi ilə komandanı tərk edib. 2016-cı ilin sentyabrından İngiltərə millisinə rəhbərlik edən Sautqeyt yığmanı dünya çempionatlarında iki dəfə yarımfinala (2018, 2022), Avropa çempionatlarında (2020, 2024) iki dəfə finala daşıyıb.
Qeyd edək ki, İspaniya ilə AVRO-2024-ün final matçı (1:2) mütəxəssisin yığmadakı son oyunu olub.
İdman.biz