"Ötən il biz rekord sayda oyun keçirdik. Bu, bizim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, qarşıdakı maraqlı mövsümdə hazır olacağıq"
İdman.biz xəbər verir ki, bunu PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.
O, Premyer Liqanın 2024/25 mövsümün püşkatmasında növbəti çempionatda tətbiq olunacaq yeniliklərdən söz açıb: "Əsasnamə ilə bağlı müəyyən dəyişikliklər etmişik. Misal üçün, “Kəpəz”lə bağlı stadion mövzusunda təkmilləşdirilmə aparmışıq. “Turan Tovuz” klubu rəhbərliyi orada oyun olacağını bizə bildirib. Biz stadionlarla bağlı stabilliyin tərəfdarıyıq. Eyni zamanda mövsümün sonunda mükafatlar olur. Biz bu il yeni ədalətli oyun mükafatı da təsis edəcəyik”.
Abbasov aşağı liqalarda da yeniliklər olacağını bildirib: “Liqalarla bağlı da yeniliklər etmişik. Əgər lisenziya şərtlərinə cavab verməsə, komanda liqanı tərk etməli olacaq. Birinci liqada legioner limiti ilə bağlı yenilik etmişik. Ötən il bu rəqəm altı idisə, bu il yeddi olacaq".
Aytac Sahəd
İdman.biz