“Neftçi”nin ikinci sınağı

Xəbərlər
17 İyul 2024 10:57
153
“Neftçi”nin ikinci sınağı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Roman Qriqorçukun yetirmələri "Sivasspor"la üz-üzə gələcək.

Bu, "ağ-qaralar"ın qardaş ölkədə ikinci sınağıdır. Görüş "Palandöken Yüksek İrtifa" toplanış bazasında baş tutacaq.

Qeyd edək ki, "Neftçi" "Alanyaspor"a qarşı keçirdiyi ilk matçında 3:1 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu
17 iyul
18:00. "Neftçi" – "Sivasspor"

"Palandöken Yüksek İrtifa" toplanış bazası

İdman.biz

Məqalədə: