“Şerif”in futbolçusu: “Azərbaycanda qalib gələcəyik”

Xəbərlər
17 İyul 2024 14:57
516
“Şerif”in futbolçusu: “Azərbaycanda qalib gələcəyik”

“Təəssüf ki, “Zirə”yə məğlub olduq. Komanda ilə məğlubiyyətin səbəbləri haqqında çox danışmışıq”.

İdman.biz xəbər verir ki, bunu “Şerif”in yeni transferi Qideon Qudlad deyib.

Nigeriyalı yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində sabah keçiriləcək “Zirə”yə qarşı matçı şərh edib. O, ilk oyunda 0:1 hesablı məğlubiyyətin səbəbləri və cavab qarşılaşmasında gözləntilərindən danışıb: “Çoxlu yeni gələnlər var və bizdə indi komanda işi çatışmır. Futbolda qarşılıqlı anlaşma ən vacib keyfiyyətlərdən biridir. Komanda oyunu olacaq, əsəbi deyilik və cavab görüşü haqda müsbət düşünürük. Motivasiyalı olmalı və məşqdə çox çalışmalıyıq. Son matçda rəqib qapısına kifayət qədər zərbə olmadı. Ümid edək ki, cavab qarşılaşmasında daha çox hücum edərik. Hücumda daha aqressiv olmaq, tez-tez zərbə endirmək və cərimə meydançasında təhlükə yaratmağa çalışacağıq. Şəxsən mən düşünürəm ki, biz Azərbaycanda qalib gələcəyik”.

Qeyd edək ki, “Zirə” – “Şerif” oyunu sabah saat 20:00-da start götürəcək.

İdman.biz