“Sumqayıt”ın rəqibindən ilk heç-heçə

Xəbərlər
17 İyul 2024 15:34
160
“Sumqayıt”ın rəqibindən ilk heç-heçə

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar"ın hazırlıq mərhələsində son matçını keçirib.

İdman.biz xəbər verir ki, Macarıstan təmsilçisi Türkiyənin "Göztəpə" klubu ilə qarşılaşıb.

Macarlar oyunda 2:0 hesabı ilə öndə olsalar da, hesabı qoruya bilməyiblər. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Bu, “Fehervar”ın yoldaşlıq görüşlərində ilk heç-heçəsi olub. Onlar bundan əvvəl keçirdikləri yoldaşlıq görüşlərinin 4-də qalib gəliblər.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də Macarıstanda olacaq.

İdman.biz

Məqalədə: