“Qalatasaray” braziliyalı futbolçu Vendellə müqavilənin şərtlərini razılaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Zenit”də çıxış edən yarımmüdafiəçi ilə illik 4,5 milyon avro maaşa razılıq əldə olunub. Vendel 2027-ci ilin yayına kimi müqaviləsi olmasına baxmayaraq Sankt-Peterburq təmsilçisini tərk etmək istəyir. “Qalatasaray” onun klubu ilə danışıqlar aparıb transferi yekunlaşdırmağa çalışacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mğvsümdə 35 oyunda 4 qol və 10 ötürmə ilə yadda qalıb.
İdman.biz