"Səbail" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununda qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, "dənizçilər" "Ərzurumspor"la qarşılaşıblar.
Türkiyə Superliqa təmsilçisi ilə oyun 2:2 hesabı ilə yekunlaşıb. “Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Bu hazırlıq zamanı komandalar arasında ikinci qarşılaşma olub. İlk matçda Ərzurum futbolçuları 3:2 hesabı ilə qalib gəlibər. Digər görüşdə Şahin Diniyevin yetirmələri "Hatayspor"la heç-heçəyə razılaşıblar (1:1).
Qeyd edək ki, təlim-məşq toplanışını başa vuran "Səbail" sabah Bakıya qayıdacaq.
İdman.biz