"Sabah" Sloveniyada son yoxlama oyununda qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, Krunoslav Renduliçin komandası "Rux"la (Ukrayna) üz-üzə gəlib.
Qarşılaşma paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın qollarını Kahim Parris və Neqoş Kupusoviç vurub.
Təlim-məşq toplanışı çərçivəsində "Koper"ə (1:0) qalib gələn "Sabah" "Çukariçki" (0:0) və "Krivabass"la (2:2) heç-heçə oynayıb.
Qeyd edək ki, Sloveniya hazırlığını başa vuran "Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" ilə qarşılaşmaq üçün Macarıstana yollanacaq. Komandalar arasında ilk oyun iyulun 25-də baş tutacaq.
İdman.biz