“Zirə” Avropa Liqasında mübarizəni dayandırıb - VİDEO

Xəbərlər
18 İyul 2024 22:48
467
“Zirə” Avropa Liqasında mübarizəni dayandırıb - VİDEO

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Bakı klubu Moldova təmsilçisi "Şerif"i qəbul edib.

Bu, Azərbaycan komandalarının 2024/25 mövsümündəki ilk ev sınağı olub. Rəşad Sadıqovun yetirmələri Tiraspolda məğlub etdikləri rəqiblə oyunda hesabı erkən qaçıblar. Utsiq fərqlənib. Amma Salifi Sumanı 40-cı dəqiqədə qrımızı vərəqə alması fasilədən sonra "Şerif" 2 qol vurması şərait yaradıb. Yekunda qalib penalti seriyasında dəqiqləşib. Son zərbə zamanı Fuad Bayramov tirə tuş gəlib və rəqib mərhələ adlayıb.

Qeyd edək ki, "Zirə" mərhələ keçsə, "Elfsborq" – "Pafos" cütünün qalibi ilə qarşılaşacaq. Qəsəbə klubu bunu bacarmasa, Konfrans Liqasında "Dunayska Ştreda" ilə üz-üzə gələcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18:00. "Zirə" – "Şerif" - 1:2, pen. 4:5
Qollar:
Rafael Utsiq, 5 - Əyyub Allaş, 54. Papa Ndiaqa Yade, 77
Qırmızı vərəqə: Salifi Suma, 40
Baş hakim: Bulat Sariyev (Qazaxıstan)
"Zirə": 1. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 70. İssa Cibrilla, 19. Salifi Suma, 21. Hacıağa Hacıyev, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 90. Davit Volkov, 23. Rafael Utsiq
Baş məşqçi: Rəşad Sadıqov
"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak
Baş məşqçi: Yuriy Hura
"Liv Bona Dea Arena"
İlk oyun – 1:0

İdman.biz