Azərbaycan çempionatının II Liqasında oynayacaq 14-cü komanda bəlli olub.
İdman.biz xəbər verir ki, buna AFFA və PFL birgə qərar verib.
Qurumlar II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb. Yarışda çıxış edəcək 14-cü komandanın “Şəfa” olması qərara alınıb.
Qeyd edək ki, bu, “İrəvan”ın AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bütün yarışlardan kənarlaşdırıldığı üçün baş verib. II Liqada 13-cü yerin sahibi olan və pley-offda uduzan “Şəfa” çempionatda saxlanılıb.
İdman.biz