Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a keçidi rəsmiləşib.
İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər komandada çıxış edəcək.
Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2024-cü ilin yayında Türkiyə klubuna transfer edilib. Şahruddin 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, qapıçı Azərbaycan milli komandasında 29 oyun keçirib.
İdman.biz