25 oyunda 40 qol

Xəbərlər
18 İyul 2024 17:18
564
25 oyunda 40 qol

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a qayıdışı bu gün rəsmiləşib.

İdman.biz xəbər verir ki, bununla da qolkiperin legioner həyatı başa çatıb.

Ötən mövsümün əvvəllərində “Adana Demispor”a keçən Şahruddin 10 ay Türkiyə klubunda forma geyinib. O, bu müddətdə 25 matç keçirib.

Qolkiper yalnız Super Liqa görüşlərində şans qazanıb. 24 dəfə start heyətdə yer alan Məhəmmədəliyev bu matçların 3-də 90 dəqiqə meydanda olub. O, bir görüşdə sonradan oyuna çıxıb.

Şahruddin bu 25 matçda 2139 dəqiqə qapıda dayanıb. O, ümumilikdə 40 qol buraxıb.

Qeyd edək ki, 3 sarı vərəqə ilə cəzalanan Məhəmmədəliyev Adana klubunda 5 quru oyun keçirib.

İdman.biz