Türkiyə Futbol Federasiyası prezidenti vəzifəsinə seçkilər keçirilib.
İdman.biz xəbər verir ki, İbrahim Hacıosmanoğlu qurumun yeni prezidenti seçilib.
Federasiyaya başçılıq edən Mehmet Büyükekşi favorit hesab olunsa da, seçkinin nəticələri sürpriz olub. Hacıosmanğıu 5 səs fərqlə üstünlük qazanıb. Yeni prezident 134, əvvəlki isə 129 səs toplayıb.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un rəhbəri olub.
İdman.biz