Rəşad Sadıqov qırmızı vərəqə haqqında: "Günahı varsa böyük cəza olacaq" - MÜSAHİBƏ - VİDEO

Müsahibə
18 İyul 2024 23:14
602
Rəşad Sadıqov qırmızı vərəqə haqqında: "Günahı varsa böyük cəza olacaq" - MÜSAHİBƏ - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında jurnaistlərin suallarına cavab verib.

“Bu oyunu şərh etmək çətindir. Matçı iki hissəyə bölə bilərik, qırmızıya kimi və ondan sonra. Azlıqda rəqibə qarşı mübarizə apardıq. "Şerif"in hava toplarından istifadə edəcəyini bilirdik. Məhz bu vəziyyətdən 2 top buraxdıq. Rəqibi təbrik edirəm.

- Rüstəm Əhmədzadə bu gün ümidləri doğrultdu?

- İşi çətin oldu. Öndə tək forvard idi. Rüstəmdən bir az çoxunu gözləyirdik. Hər mübarizədə hakim oyunu dayandırırdı. İmkan vermirdi mübarizə aparsın.

- İkinci hissədə hakim sanki bütün cərimələri qarşı tərəfin lehinə verirdi. Nə düşünürsüz?

- Bu barədə danışmaq istəmirəm. Amma hakimin rəqibə simpatiyası var idi.

- Komanda müdafiəyə çəkildikdən sonra iki qol buraxdı. Bunu necə izah edərdiniz?

- Narahat olduğumuz məqamlardan qol buraxdıq. Qırmızı vərəqə aldıqdan sonra 5-3-1 sisteminə keçdik ki, hesabı qoruyaq. Məqsəd rəqibi əks-hücumda tutmaq idi. Oyunu penaltilərə qədər də daşıdıq. Amma olmadı. Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq. bu gün bir qol vurub, bir assist etdi. Sonda penaltini də dəqiq yerinə yetirdi.

- Salifu Suma qırmızı vərəqəyə görə cəzalanacaq?

- Hələlik epizodu görməmişik. Həqiqətən günahı varsa böyük cəza olacaq.

Emin Ağa
İdman.biz