"Lotereya"da 26 illik uğursuz tendensiya - 10-cu dəfə

Xəbərlər
19 İyul 2024 00:01
192
"Lotereya"da 26 illik uğursuz tendensiya - 10-cu dəfə

Azərbaycan klublarının Avropa kuboklarında penalti seriyasında uğursuz çıxışı davam edir.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz 10-cu dəfə "lotereya"da mübarizəni dayandırıb.

Növbəti uğursuzluğu "Zirə" yaşayıb. Səfərdə "Şerif"ə 1:0 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandası öz meydanında 1:2 hesabı ilə uduzub. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib və rəqib daha dəqiq oynayıb.

Azərbaycan klublarının uğursuz tendesiyası 1998/1999 mövsümündən start götürüb. O vaxt "Bakı fəhləsi" "lotereya"da uduzub. "Zirə" də bu seriyaya son qoya bilməyib.

Azərbaycan klublarının Avropa kuboklarında penalti seriyaları

Mövsüm

Turnir

Oyun

Nəticə

1998/99

İntertoto kuboku

"İnkaras" (Litva) – "Bakı fəhləsi"

1:0, 0:1, pen. 5:4

2007/08

İntertoto kuboku

"Bakı" – "Daçiya" (Moldova)

1:1, 1:1, pen. 1:3

2012/13

Avropa Liqası

"İnter" – "Asteras Tripolis" (Yunanıstan)

1:1, 1:1, pen. 2:4

2010/11

Çempionlar Liqası

"İnter" – "Lex" (Polşa)

0:1, 1:0, pen. 8:9

2014/15

Avropa Liqası

"Elfsborq" (İsveç) – "İnter”

0:1, 1:0, pen. 4:3

2020/21

Avropa Liqası

"Keşlə" - "Laçi" (Albaniya)

0:0, pen. 4:5

2020/21

Çempionlar Liqası

"Qarabağ" – "Molde" (Norveç)

0:0, pen. 5:6

2022/23

Konfrans Liqası

"Qarabağ" – "Gent" (Belçika)

1:0, 0:1, pen. 3:5

2023/24

Konfrans Liqası

"Sabah" – "Partizan" (Serbiya)

2:0, 0:2, pen. 4:5

2024/25

Avropa Liqası

"Zirə" – "Şerif" (Moldova)

1:0, 1:2, pen. 4:5

* 2020/2021 mövsümündə mərhələ tək oyundan ibarət olub.

İdman.biz