“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Dunayska Ştreda” ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, Slovakiyada keçiriləcək matça Şimali Makedoniyadan olan ədalət təmsilçiləri təyinat alıb.
Avqustun 1-də baş tutacaq görüşü Yovan Kaçevski idarə edəcək. Onun köməkçiləri Slaqjan Markoski və Branko Putilin olacaqlar. Dördüncü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Projkovska yerinə yetirəcək.
Qeyd edək ki, “DAC Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
İdman.biz