Avropa çempionu “Milan”da

Xəbərlər
19 İyul 2024 15:40
113
Avropa çempionu “Milan”da

İtaliyanın "Milan" klubu İspaniya "Atletiko"sunun hücumçusu Alvaro Moratanı transfer edib.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi açıqlama yayıb.

İspaniya millisinin kapitanı "rossonerilər"lə "4+1" illik müqavilə imzalayıb. Alvaro "Milan"da 7 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 31 yaşlı forvard əvvəllər "Real", "Yuventus", "Çelsi" və "Atletiko"da çıxış edib. O, İspaniya millisində 80 oyun keçirib və 36 qol vurub.

İdman.biz

Məqalədə: