“Sumqayıt”ın oyununda Albaniyalı hakimlər briqadası

Xəbərlər
19 İyul 2024 16:44
151
“Sumqayıt”ın oyununda Albaniyalı hakimlər briqadası

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.biz