UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Dunayska Streda” qarşılaşmasının hakim təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim İvo Torres, köməkçi hakimlər Ragael Marimni və Dani Dias Balsa olacaq. Dördüncü hakim funksiyasını isə Jasmin Sabotiç yerinə yetirəcək.
Qeyd edək ki, “Zirə” – “Dunayska Streda” qarşılaşması iyulun 25-də saat 19:30-da “Dalğa Arena”da keçiriləcək.
İdman.biz