“Zirə” ilə oyun öncəsi: “Oyunumuzu daha da yaxşılaşdırmalıyıq”

Xəbərlər
19 İyul 2024 18:48
382
“Zirə” ilə oyun öncəsi: “Oyunumuzu daha da yaxşılaşdırmalıyıq”

"Biz yaxşı çıxış etsək də, komandanın tam hazır olmadığı hiss edilir".

İdman.biz xəbər verir ki, bunu "Dunayska Streda"nın baş məşqçisi Xisko Munyos deyib.

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olacaq Slovakiya təmsilçisi "Osiyek"lə yoldaşlıq görüşündə 3:2 hesabı ilə qələbə qazanıb. İspaniyalı mütəxəssis komandanın məhsuldar oyununu xüsusi vurğusa da, çatışmazlıqlar olduğunu etiraf edib: "Futbolçular meydanda istədiklərimizi nümayiş etdirdilər. Çox yaxşı rəqiblə qarşılaşdıq. Əsas odur ki, daima diqqətimiz oyunda oldu. Hesabda önə keçsək də, qol buraxdıq, amma sonda qələbə qazanmağı bacardıq. Bizim hər şeyə cavabımız var idi. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Məsuliyyətimizi yaxşı başa düşürük. Əminəm ki, zamanla oyun sistemimiz daha effektli olacaq. Son günlərdə 2 futbolçu ilə güclənmişik və onları komandanın taktikasına qısa müddətdə uyğunlaşdırmalıyıq".

Qeyd edək ki, "Zirə" ilə "Dunayska Streda" arasında ilk oyunu iyulun 25-də Bakıda, cavab qarşılaşması 1 hfətə sonra Slovakiyada olacaq.

İdman.biz