“Şamaxı”dan 12 gün sonra müqaviləyə xitam - SƏBƏB

Xəbərlər
19 İyul 2024 23:09
200
“Şamaxı”dan 12 gün sonra müqaviləyə xitam - SƏBƏB

"Şamaxı" yeni müqavilə bağladığı Lubeni Haukonqo ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, futbolçu ölkəmizdə yaşamaq icazəsi ala bilməyib.

Bu səbəbdən tərəflər arasında müqavilə Azərbaycan qanunvericiliyinə əsasən qüvvədən düşüb.

Qeyd edək ki, "Şamaxı" iyulun 7-də namibiyalı futbolçunu transfer etdiyini açıqlamışdı.

İdman.biz