Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatının 2024/2025 mövsümünə qələbə ilə start verib.
İdman.biz xəbər verir ki, onun yeni müqavilə bağladığı "Radomyak" səfərdə QKS-in qonağı olub.
Qarşılaşma Rahilin komandasın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 28 yaşlı müdafiəçi bu görüşün 92-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Radomyak" 2-ci turda son çempion "Yaqelloniya" ilə qarşılaşacaq.
İdman.biz