Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov Bolqarıstan çempionatının ilk turunda meydana çıxıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" səfərdə "Lokomotiv"in qonağı olub.
Plovdivdə keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol 41-ci dəqiqədə vurulub. Start heyətində yer alan Cəlal sona 8 dəqiqə qalmış əvəzlənib.
Qeyd edək ki, Hüseynovun komandası növbəti turda "Krumovqrad"la üz-üzə gələcək.
İdman.biz