“Napoli” "Brayton"da çıxış edən şotlandiyalı futbolçu Billi Gilmorla maraqlanır.
İdman.biz xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
Neapol klubunun yeni baş məşqçisi Antonio Konte Gilmorun transferini xüsusilə istəyib. Təcrübəli mütəxəssis 23 yaşlı futbolçunun yarımmüdafiənin güclənməsində əsas rol oynayacağını bildirib.
Qeyd edək ki, Billinin “Brayton”la 2 illik müqaviləsi var. O, ötən mövsümdə Premyer Liqada bir ötürmə ilə yadda qalıb.
İdman.biz