"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"a qarşı 3 itki ilə meydana çıxacaq.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Amin Ramazanov və Musa Qurbanlı zədə üzündən qarşıdakı oyunlarda "Qarabağ"a kömək edə bilməyəcəklər. Avstriyadakı hazırlıqda zədələnən Amin uzun müddət komandaya kömək edə bilməyəcək. Təlim-məşq toplanışında "Slaven"lə yoxlama oyunundan sonra meniskində ağrılar hiss edən Musa əməliyyat olunub. Hücumçu 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Müdafiəçi Elvin Cəfərqulyev isə qırmızı vərəqə cəzası üzündən "Linkoln"la görüşü buraxacaq.
Qeyd edək ki, "Linkoln"la "Qarabağ" arasında ilk oyun iyunun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.
İdman.biz