Azərbaycanda futbol klubunun prezidenti Rəhman Əliyev faciəvi şəkildə ölüb.
İdman.biz xəbər verir ki, II liqada oynayan “Ağdaş”a rəhbərlik edən 34 yaşlı Əliyev çayda boğulub.
O, dayısı oğlunu xilas etmək üçün Ağdaşda çaya düşüb. Lakin qohumunu sudan çıxara bilməyən klub rəhbəri özü də boğulub. Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Allah rəhmət eləsin!
İdman.biz