Ronaldo və Deşamdan şərikli REKORD

Xəbərlər
22 İyul 2024 10:39
161
Ronaldo və Deşamdan şərikli REKORD

AVRO-2024-dən xeyli müddət keçsə də, İFFHS yarışla bağlı maraqlı statistika açıqlayıb.

İdman.biz xəbər verir ki, cədvəldə baş məşqçi və futbolçu kimi Avropa çempionatlarında ən çox oyun keçirənlər yer alıb.

Siyahıda ikihakimiyyətlilikdir. Kriştiano Ronaldo və Didye Deşam hərəyə 30 matçda iştirak edib.

Portuqaliyalı ulduz bütün görüşləri futbolçu kimi keçirib. Deşam isə Fransa millisinə 13 dəfə oyunçu, 17 dəfə baş məşqçi kimi xidmət edib.

Pepe Portuqaliya yığmasında keçirdiyi 23 oyunla 3-cüdür. Yoahim Löv Almaniya millisinin baş məşqçisi kimi 21 matçda iştirak edib.

Manuel Noyerlə Qaret Sautqeytin hərəyə 20 oyunu var. Almaniyalı qapıçı yalnız futbolçu kimi bu rəqəmə çatıb. İngiltərə millisini baş məşqçi kimi 14 görüşə çıxaran britaniyalı 6 qarşılaşmada oyunçu kimi şans qazanıb.

Qeyd edək ki, ən azı 20 görüşdə iştirak edən "altılıq”da Portuqaliya və Almaniyanın hərəsinin iki, Fransa ilə İngiltərənin bir təmsilçisi var.

İdman.biz